IMG-LOGO

Kursk vilayətində Ukraynanın hücumu nəticəsində 31 nəfər ölüb – RƏSMİ

21.08.2024 14:01 42 baxış
IMG

Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumu nəticəsində 30-dan çox insan həlak olub, 143 nəfər yaralanıb. 

Lent.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə tibbi xidmətlər məlumat verib.

“Avqustun 21-də səhər saatlarında Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumu nəticəsində 31 nəfərin öldüyü təsdiqlənib, 143 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 4-ü uşaq olmaqla 79 nəfər xəstəxanaya yerləşdirilib”, - mənbə bildirib.

Xəbər lenti