İngilis sosial media fenomeni Çloy Lopez qeyri-adi hərəkətləri ilə gündəmə gəlib.
Lent.az xarici mediaya istinadla bildirir ki, fenomen bəzi yerlərdə alt paltarını çıxararaq, uyğun olmayan yerlərə tullayır.
Sonuncu belə olay İspaniyada yanacaqdoldurma məntəqəsində baş verib. Bundan əvvəl isə Lopez supermarketlərdə alt paltarını soyunaraq, çörək və şirniyyat bölməsinə atıb. Onun bu hərəkətləri bəzi izləyicilərə əyləncəli gəlsə də, əksəriyyətdə qıcıq yaradıb.
Bəzi izləyicilər Lopezin hərəkətlərini anti-gigiyenik adlandırıb və sağlamlığa ziyanlı olduğunu bildiriblər. Onlar fenomenin İspaniyadan qovulmasını tələb ediblər. Həmçinin qızın anoloji hərəkətləri etdiyi supermarketlər şəbəkələrindən biri onu məhkəməyə verməyə düşünür.