Beyləqanda ötən gün su kanalında batan 9 yaşlı uşağın meyiti tapılıb.
Lent.az-ın xəbərinə görə, Baş Mil kanalının Yeni Mil kəndi ərazisindən keçən hissəsində batan 2015-ci il təvəllüdlü İbrahimov Əhməd Cavid oğlunun meyiti hadisə baş verən ərazidən təxminən 15 kilometr uzaqda tapılıb.
***
19 avqust, saat 15:15
Beyləqanda su kanalında batan uşağın kimliyi məlum olub.
Lent.az-ın APA-ya istinadən məlumatına görə, su kanalında batan uşağın 2015-ci il təvəllüdlü, Yeni Mil Qəsəbə sakini İbrahimov Əhməd Cahid oğlu olduğu bildirilir.
FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. Axtarışlar davam etdirilir.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Baş Mil kanalının Beyləqan rayonu, Yeni Mil qəsəbəsindən keçən hissəsində 1 nəfərin (uşaq) batması barədə məlumat daxil olub.
Lent.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.
Mənbə: lent.az