IMG-LOGO

İsveç Venesuelada müstəqil mediaya 930 min dollar ayıracaq

20.08.2024 15:52 34 baxış
IMG

İsveç hökuməti Venesuelada söz və mətbuat azadlığına, eləcə də müstəqil mətbuata 10 milyon kron (930 min ABŞ dolları) məbləğində maliyyə dəstəyi göstərəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə hökumət dəftərxanası məlumat yayıb.

Məqsəd azad seçkilərin keçirilməsi üçün zəmin yaradılmasıdır.

"Biz bu dəstəklə müstəqil jurnalistlərə ölkədə vəziyyətin inkişafı barədə məlumat verməkdə və vətəndaş hüquq və azadlıqlarına qoyulan məhdudiyyətləri sənədləşdirməkdə kömək etmək istəyirik", - xarici ticarət və beynəlxalq əməkdaşlıq naziri Yohan Forssell bildirib.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti