IMG-LOGO

"Mançester Siti" rəhbərliyi Qvardiolanın planlarını bilmək istəyir

20 Aug 2024 15:51 221 baxış
IMG

"Mançester Siti" rəhbərliyi baş məşqçi Pep Qvardiolanın planlarını tez öyrənmək istəyir. 

Lent.az bildirir ki, bu barədə “Sky Sports” məlumat yayıb.

İspan mütəxəssisin "şəhərlilər"lə müqaviləsi 2025-ci ilin yayında başa çatır və o, artıq bunun onun klubdakı son mövsümü ola biləcəyinə işarə vurub.

Mənbənin sözlərinə görə, “Mançester Siti” əməkdaşlığı davam etdirmək istəyir. Və onlar yeni məşqçi axtarışına başlamaq üçün onun qərarını Miladdan gec olmayaraq bilməyə üstünlük verəcəklər.

 

Mənbə: lent.az

Xəbər lenti