Ali Rada Ukrayna ərazisində dini qurumların fəaliyyəti, o cümlədən Rusiya Federasiyası ilə əlaqəli olan dini qurumların fəaliyyətinə qadağa qoyulması haqqında yenidən işlənmiş qanun layihəsini qəbul edib.
"Report"un Şərqi Avropa bürosunun əməkdaşının Ali Radanın iclasından verdiyi məlumata görə, qanun layihəsi bu gün-payız sessiyasının ilk iclasında qəbul edilib.
Qanun layihəsi barədə Ukraynanın xalq deputatı Yaroslav Jeleznyak məlumat verib.
Qanun dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minəcək.
Qeyd edək ki, 1 ilə yaxındır qanun layihəsinin qəbulunun gecikməsinə səbəb bir sıra deputatların bunun əleyhinə olması olub.
Bizim WhatsApp kanalımıza abunə olun