“iSeeCars” portalının mütəxəssisləri odometri 400 min km-dən çox məsafəni qeyd edə bilən ən davamlı pikapların siyahısını hazırlayıb.
Lent.az xəbər verir ki, mütəxəssislər RAM 3500 model pikap maşınını birinci yerə qoyub. Bu cür avtomobillər üçün 400 min km-i keçmə ehtimalı 42,6% təşkil edir. Bu göstəricini bazarın orta göstəricisi ilə müqayisə etsək, təxminən 2,2 dəfə yüksəkdir.
Portalın məlumatına görə, ikinci yeri “Toyota Tundra” modeli tutub. Onun 400 min km həddini keçmə ehtimalı 36,6% təşkil edir. Nəhayət, “Chevrolet Silverado 2500HD” üçüncü yerdə qərarlaşıb. Onun göstəricisi isə 29,6% təşkil edir.
Aşağıdakı modellər ilk onluğa daxil oldu:
Ram 3500 – 42,6%;
Toyota Tundra – 36,6%;
Chevrolet Silverado 2500HD – 29,6%;
GMC Sierra 2500HD – 29,1%;
Chevrolet Silverado 3500HD – 28,7%;
Ford F-350 Super Duty – 28,3%;
Ford F-250 Super Duty – 27,4%;
Ram 2500 – 27,2%;
Toyota Tacoma – 26,7%;
GMC Sierra 3500HD – 26%.