IMG-LOGO

İrandan Azərbaycana 7 kilo narkotik keçirilməsinin qarşısı alındı

20 Aug 2024 13:02 215 baxış
IMG

Avqust ayının 15-də saat 00:50-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 7 kiloqram 710 qram narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Lent.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Mənbə: lent.az

Xəbər lenti