IMG-LOGO

Qocalan beyin hüceyrələrinin bərpası üsulu tapıldı

20.08.2024 11:45 33 baxış
IMG

İnsanlar yüzilliklər ərzində sonsuz həyatın sirrinin və ya ən azından qocalma prosesini ləngidəcək üsulun axtarışındadırlar. Görünür, alimlər ölümə qalib gəlməyə bir addım da yaxınlaşmış olublar. Belə ki, ABŞ hökuməti qocalan beyinə yeni hüceyrələrin implantasiyası ilə bağlı maraqlı bir tədqiqatı maliyyələşdirməyə başlayıb. Bu tədqiqat çərçivəsində qocalmış beyin hüceyrələrinin laboratoriya şəraitində ərsəyə gətirilmiş yeni hüceyrələr ilə əvəz edilməsi nəzərdə tutulub. Genetika üzrə mütəxəssis Jean Hebert ölümə qalib gəlməyə imkan verəcək tibbi cərrahiyyə üsulunun hazırlanması üçün ABŞ Milli Sağlamlıq İnstitutu tərəfindən 110 milyon dollar həcmində qrant əldə edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, qeyd edilmiş proses özündə zədələnmiş və ya qocalma prosesində olan beyin hüceyrələrinin laboratoriya şəraitində yetişdirilmiş insan embrionlarının toxumaları ilə əvəz edilməsini birləşdirir.

Güman olunur ki, zədələnmiş və ya qocalma prosesində olan beyin toxumasını bu üsul çərçivəsində laboratoriya şəraitində ərsəyə gətirilmiş neyron kök hüceyrələrinin köməyi ilə bərpa etmək mümkün olacaq. Qeyd etmək lazımdır ki, kök hüceyrələr insan bədəninin istənilən hissəsinin hüceyrələrinə transformasiya ola bilirlər. Bu hüceyrələr həmçinin mayalanmış yumurtanın böyüyərək daha qəliz orqanizmə çevrildiyi zaman insan embrionlarında da çoxlu miqdarda olurlar. Təklif edilmiş yeni tibbi üsulun əsasında da məhz bu hüceyrələr dayanır.

Lakin heç də hamı bu layihəni dəstəkləməyib. Jean Hebert-in sözlərinə əsasən beyin toxumasının əvəz edilməsi prosesi hələ keçən il siçanlar üzərində aparılmış testlər çərçivəsində ilk müsbət nəticələri sərgiləmişdi. Siçanlar üzərində aparılmış testlər çərçivəsində əldə edilmiş müsbət nəricələr sayəsində ABŞ hökuməti növbəti testlərin primatlar üzərində aparılmasına icazə verib. Qeyd etmək lazımdır ki, beyin zədələnməsinə məruz qalmış laboratoriya siçanları bu prosesdən keçən zaman alimlər onların qocalma prosesində olmuş beyinlərinə yeni kök hüceyrələrini implantasiya ediblər. Daha sonra aparılmış müşahidələr zamanı məlum olub ki, siçanların əldə etmiş olduqları yeni beyin hüceyrələri aktivləşiblər və siçanların beyinləri ilə qarşılıqlı əlaqədə olmağa başlayıblar. 

Xəbər lenti