IMG-LOGO

Kadırov Tesla “Cybertruck”ı Ukrayna ilə müharibəyə göndərdi - VİDEO

19 Aug 2024 06:28 168 baxış
IMG

Çeçenistan prezidenti Ramzan Kadırov Tesla şirkətindən “Cybertruck” avtomobili aldığını bildirib.

Lent.az xəbər verir ki, daha sonra Kadırovun göstərişi ilə Çeçenistanda avtomobilin üzərinə iri çaplı pulemyot quraşdırılıb.

Kadırov öz “Telegram” kanalında iqamətgahının ətrafında elektrik avtomobili sınaqdan keçirərkən çəkilmiş videonu paylaşıb.

Çeçenistan rəhbəri yazıb ki, avtomobil tezliklə xüsusi hərbi əməliyyatlarda istifadə olunmaq üçün göndəriləcək.

Nə İlon Musk, nə də Tesla elektromobilin Kadırova təhvil verildiyini təsdiqləməyib.

“Əminəm ki, bu “vəhşi” döyüşçülərimizə çoxlu fayda gətirəcək”, – deyə Kadırov yazıb.

Çeçenistan rəhbəri, həmçinin Tesla şirkətinin baş direktoruna və SpaceX-in yaradıcısına səmimi minnətdarlığını bildirərək onu zəmanəmizin ən güclü dahisi və mütəxəssisi adlandırıb.

Mənbə: lent.az

Xəbər lenti