IMG-LOGO

Yaponlar ilk süni intellektli alimi hazırladı

19.08.2024 02:33 46 baxış
IMG

Yaponiyada yerləşən “Sakana AI” tədqiqat və inkişaf şirkəti elmi kəşflər üçün ilk süni intellektli alim sistemini hazırladığını açıqlayıb.

Lent.az xəbər verir ki, bu mühüm yenilik süni intellektin elm dünyasında oynayacağı rolda yeni bir dövrün başlanğıcını göstərir.

Şirkətin internet saytında paylaşılan yazıda Foerster labaratoriyaları, Oksford Universiteti və bir çox digər universitetlərlə birgə iş nəticəsində ilk süni intellektli alimin hazırlandığı bildirilir.

Süni intellektli alim yeni tədqiqat ideyaları təklif etməklə yanaşı, mövcud araşdırmaları araşdıra biləcək və kod yaza biləcək.

Sistem həmçinin tədqiqat nəticələrini ümumiləşdirə və əldə etdiyi nəticələri elmi yazı kimi təqdim edə biləcək.

Xəbər lenti