IMG-LOGO

Amfibiya təyyarəsi Türkiyədə meşə yanğınları ilə mübarizəyə başladı-VİDEO

18 Aug 2024 17:40 229 baxış
IMG

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasındakı güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi qardaş ölkəyə göndərilib.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, artıq amfibiya təyyarəsi Türkiyədə meşə yanğınlarının söndürülməsi əməliyyatına başlayıb.

Mənbə: lent.az

Xəbər lenti