IMG-LOGO

Bakıda sauna yandı

18 Aug 2024 10:28 148 baxış
IMG

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 150 m² olan obyektin (sauna kimi fəaliyyət göstərir) dəhlizin taxta örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, obyektin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mənbə: lent.az

Xəbər lenti