IMG-LOGO

"X" sosial şəbəkəsi bu ölkədə FƏALİYYƏTİNİ DAYANDIRDI

18.08.2024 03:17 46 baxış
IMG

Amerikanın “X” sosial şəbəkəsi Braziliyadakı fəaliyyətini dərhal dayandırdığını elan edib.

Lent.az xəbər verir ki, qərar yerli hakimiyyətlə şirkətin rəsmi nümayəndəsi arasında yaranan münaqişə fonunda qəbul edilib.

“İşçilərimizin təhlükəsizliyini təmin etmək üçün Braziliyadakı fəaliyyətimizi dərhal dayandırmaq qərarına gəldik”, - şirkətin “X” hesabında qeyd edilib.

Qeyd olunur ki, sosial şəbəkə braziliyalı istifadəçilər üçün əlçatan qalacaq.

Xəbər lenti