IMG-LOGO

Britaniya kralından pişiklərlə bağlı qəribə qərar

15 Dec 2023 17:48 177 baxış
IMG

Böyük Britaniya kralı III Çarlz təbəələrinə pişiklərlə yaşamağı qadağan edir.

Lent.az-ın  xarici mediaya istinadən xəbərinə görə, məhdudiyyətlər kralın icarəyə verdiyi daşınmaz əmlakda yaşayanlara şamil edilir.

Söhbət Sandringam sarayının ərazisindəki evlərdən gedir. Mənzil ən azı bir illik icarəyə verilə bilər və namizədlər hərtərəfli yoxlanılır. Bununla belə, pişiklərlə birlikdə yaşamaq qadağan olunsa da, bu itlərə şamil edilmir.

Pişiklərlə yaşamaq onların saraydakı quşları ovlayacağı qorxusuna görə qadağan edilir. Böhran fonunda elit kral malikanələrinin kirayə qiymətləri aşağı düşüb.   

Mənbə: lent.az

Xəbər lenti