Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Rusiyanın kölgə donanmasının tərkibinə daxil olan Rusiyanın "Kaffa" gəmisinə həbs qoyulmasını və Ukraynaya təhvil verilməsini təsdiqləyən İsveç Ali Məhkəməsinin qərarını alqışlayıb.
"Report" xəbər verir ki, bu barədə Sibiqa "X" sosial şəbəkəsində yazıb.
O vurğulayıb ki, Ukrayna Rusiyanın kölgə donanmasına və onun müharibənin maliyyələşdirilməsi üçün istifadə olunduğunu bildirdiyi gəlir əldə etmək imkanlarına qarşı mübarizəni davam etdirəcək.
Mənbə: report.az