IMG-LOGO

Yeni doğduğu körpəsini qarlı havada küçəyə atdı

15.12.2023 13:58 101 baxış
IMG

Yekaterinburqda binanın həyətində yeni doğulmuş oğlan uşağı tapılıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, şəhər sakini olan kişi körpəni dekabrın 15-nə keçən gecə tapıb. Uşaq çantaya bükülü halda qarın içərisində olub. Yoldan keçən bir nəfər təcili yardım çağırıb.

Körpə şəhər doğum evlərindən birinin neonatologiya şöbəsinə yerləşdirilib, həkimlər onun həyatı üçün mübarizə aparır.

Məlum olub ki, uşağın anası Çelyabinsk vilayətindən gələn 20 yaşlı qadındır. 

Qadının Yekaterinburqda kirayədə qaldığı və mağazada işlədiyi iddia edilir. Onun barəsində cinayət işi başlanıb.

Xəbər lenti