IMG-LOGO

Türkiyəyə daxil olanlardan barmaq izi götürüləcək

14 Aug 2024 13:29 149 baxış
IMG

Türkiyəyə daxil olan şəxslərdən barmaq izi götürüləcək.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Əli Yerlikaya bildirib. O, ölkəyə daxil olarkən barmaq izlərinin götürülməsi layihəsinin hazırlandığını açıqlayıb.

Türkiyə hakimiyyəti bu yeniliyi barmaq izinin tətbiq olunduğu ABŞ və Böyük Britaniyadan qəbul etməyə hazırlaşır.

Bundan əlavə, nazirin sözlərinə görə, müvəqqəti sığınacaq almış əcnəbilərin şəxsiyyət vəsiqələri çiplənməyə başlayacaq. Bu, xüsusilə suriyalılar üçün vacibdir, deyə o əlavə edib.

Mənbə: lent.az

Xəbər lenti