IMG-LOGO

Azərbaycanda kartof yığan kişi öldü

12 Aug 2024 09:24 263 baxış
IMG

Tovuz rayonunda ölüm hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Qaraxanlı kəndində qeydə alınıb.

Kənd sakini, 1967-ci il təvəllüdlü Şahbaz İsaq oğlu Haqverdiyev kartof yığarkən qəfildən ölüb.

Onun ürək tutmasından dünyasını dəyişdiyi ehtimal edilir. 

Faktla bağlı Tovuz rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Mənbə: lent.az

Xəbər lenti