IMG-LOGO

Naxçıvanda 19 yaşlı çoban minaya düşdü - YENİLƏNİB

12 Aug 2024 09:35 268 baxış
IMG

Naxçıvanda çobanın minaya düşərək xəsarət alması faktı ilə bağlı araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, avqustun 11-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş "Qanlıgöl" yaylağı adlanan ərazisində mina partlayışı hadisəsi baş verib.

Hadisə nəticəsində 2005-ci il təvəllüdlü Şərur rayon sakini Bəxtiyar Sultanov müxtəlif dərəcəli xəsarətlər alıb. O, dərhal xəstəxanaya çatdırılaraq zəruri tibbi yardımlar göstərilib, hazırda vəziyyəti ağır olaraq qalır.

Şahbuz rayon prokurorluğunun əməkdaşları tərəfindən prokuror-kriminalist və Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin iştirakı ilə hadisə yeri müayinə olunub və digər zəruri prosessual hərəkətlər icra edilib.

Faktla bağlı Şahbuz rayon prokurorluğunda araşdırma aparılır.

***

saat 23:03

Şahbuz rayonunda çoban minaya düşüb.

Lent.az xəbər verir ki, Şərur rayon Mahmudkənd kənd sakini Bəxtiyar Soltanov Şahbuz rayon Kükü kəndi Qanlıgöl ətrafında minaya düşüb.

O, Naxçıvan Xəstəxanasına yerləşdirilib.

Mənbə: lent.az

Xəbər lenti