Gəncədə yas mərasimində zəhərlənənlərin sayı artıb.
Lent.az-ın APA-ya istinadən məlumatına görə, mərasimdə iştirak edən 80-nə yaxın insan xəstəxanaya çatdırılıb.
Zərərçəkənlərə tibbi yardım göstərilir, onların əksəriyyətinin vəziyyəti kafi və qənaətbəxş hesab edilir.
Faktla bağlı araşdırma davam etdirilir.
***
19:12
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə olub.
Lent.az-ın APA-ya istinadən məlumatına görə, zəhərlənən vətəndaşların sayı 60-a çatıb.
Məlumata görə, bu say daha da arta bilər.
***
18:36
Gəncədə zəhərlənmə faktı qeydə alınıb.
Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonda keçirilən yas mərasimlərin birində baş verib.
Belə ki, 40 nəfərdən çox vətəndaş zəhərlənmə şikayəti ilə xəstəxanaya müraciət edib.

Mənbə: lent.az