Türkiyədə geniş istifadə edilən mesajlaşma proqramı Telegram cinayət bataqlığına çevrilib.
Lent.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, Telegram-da açılan kanallar vasitəsilə sərbəst şəkildə narkotik, fahişəlik, qumar və pedofiliya videolarının satıldığı öyrənilib.
O da qeyd edilir ki, Türkiyədə heç bir nümayəndəsi olmadığı üçün İnformasiya Texnologiyaları və Rabitə Qurumunun İngiltərədəki Telegram mərkəzinə bu mesajlaşma kanallarının bağlanması üçün mindən çox bildiriş göndərib. Lakin bunların heç birinə cavab verilməyib.
Bildirilib ki, qısa zamanda bu kanallarla bağlı tədbir görməsə, Türkiyədə təxminən 8 milyon aktiv istifadəçisi olan Telegram bağlana bilər. Narkotik vasitələrin Telegram-da açılan bəzi kanallar vasitəsilə vətəndaşlara çatdırıldığı müəyyən edilərkən, “Narkotik alverçiləri” adlı kanalın 19 minə yaxın abunəçi olduğu məlum olub. Cinsi məzmunlu videoların erotik məzmunlu kanallarda pul qarşılığında satıldığı öyrənilərkən, burada 5 min ilə 50 min TL arasında dəyişən qiymətlərlə pedofiliya videolarının da satışa çıxarıldığı bildirilir.