IMG-LOGO

Sabirabadda evdə yanğın: 1 nəfər xəsarət alıb

11 Aug 2024 11:25 227 baxış
IMG

Sabirabad rayonunun Güdəcühür kəndində ümumi sahəsi 145 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 120 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Evin qalan hissəsi, yaxınlıqdakı talvar və köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mənbə: lent.az

Xəbər lenti