IMG-LOGO

Psixoloq Samirə Bağırova deputat olacaq? - ÖZÜ DANIŞIR

01.08.2024 11:58 297 baxış
IMG

Psixoloq Samirə Bağırova deputat olmaq istəyir.

Lent.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Psixoloq 1 saylı Suraxanı seçki dairəsində bir sıra problemlərlə qarşılaşdığını deyib:

"Mən tələbələrlə çox işləyirəm, gənclər dedi ki, artıq vaxtdır, siz də namizədliyinizi verin. Mən də Suraxanı rayon 1 saylı seçki dairəsindən parlament seçkilərinə namizədliyimi verməyə getdim. Özüm 31 il Hövsan qəsəbəsində yaşamışam".

Psixloq namizədliyini irəli sürəndə bir sıra bürokratik əngəllərlə rastlaşdığıə da deyir: 

"Nəhayət, Mərkəzi Seçki Komissiyasına yığıb dedim ki, məntəqədə məni incidirlər. Yalnız bundan sonra məni çağırıb imza vərəqələrini verdilər. İmza yığmağa 5 gün vaxtım var idi. Hövsanda depupat sözünün “d”na elə bir aqressiya, nifrət, kin var idi ki, adamı parçalayardılar. Hətta 2 dəfə üstümə hücum oldu, məni bundan əvvəl iki dəfə Suraxanı rayonundan seçilən xanımla səhv salmışdılar. Sonradan məni tanıdılar və imza atdılar”.

Psixoloq bu prosesdə üzləşdiyi başqa çətinliklərdən də danışıb: 

“İmzaları topladıqdan sonra seçki dairəsinə onları təqdim etdim. 1 gün sonra məni dairəyə dəvət etdilər, iclas keçirildi, mənə dedilər ki, səslərdən 4-ü etibarsızdır". 

Sabahsı gün isə Samirə xanıma bildirilib ki, onun başqa bir problemi də ortaya çıxıb: "Dedilər ki, vergidən yayınmısınız və bunu ərizədə qeyd etməmisiniz. Mən isə dedim ki, vergilərimi ödəyirəm, bu necə ola bilər? Növbəti gün iclas keçirildi, yanlış əsas gətirdilər ki, guya mən vergidən yayınmışam. İmza çəkməyimi istəsələr də, mən imza çəkmədim.

Amma namizədliyimi verib seçkiyə qatılmağım yaxşı oldu, bir çox şey öyrəndim”.

Xəbər lenti