“Bir həftə olar əməliyyatdan çıxmışam. Allaha şükür, məlum oldu ki, məndə bəd yox, xoşxassəli şiş imiş”.
Bu fikirləri Lent.az-a verdiyi müsahibədə müğənni Ofeliya Şabanova səsləndirib.
“Bu xəstəlik də Allahın bir imtahanı imiş. Dostu-düşməni ayırd eləmək üçün. Əmin oldum ki, məni nə qədər çox insan sevirmiş. Tanımadığım o qədər insanlar, Azərbaycanın qeyrətli oğul və qızları zəng vurdular, ürək - dirək verdilər. Bunu heç öz doğmalarım eləmədilər mənə. Düşmənlərim elə bildilər öləcəm, amma ölmədim, əfsanə geri döndü”,- deyə o bildirib.
Ofeliya Şabanova ilə müsahibəni bu gün Lent.az saytında oxuya bilərsiniz.