Avropa İttifaqı (Aİ) Şurasının sədri Antonio Koşta bildirib ki, Aİ üzvü 24 ölkə 2027-ci ildə maliyyələşdirmə üçün Ukraynaya 45 milyard avro məbləğində əlavə kreditin verilməsi barədə Avropa Komissiyasının təklifini dəstəkləyib.
"Report"un Avropa bürosu xəbər verir ki, Koşta bu barədə Aİ-nin xüsusi sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.
"Biz Avropa Komissiyasının Ukraynaya əlavə kreditin verilməsi barədə təklifini müzakirə etdik. 24 üzv dövlət bu təklifi dəstəklədi", - Koşta bildirib.
Onun sözlərinə görə, Bolqarıstan Ukraynada bolqar milli azlığının yaşadığı bölgələrə xüsusi diqqət yetirərək təşəbbüsün yalnız qeyri-hərbi maliyyələşdirmə hissəsində iştirak edəcək.
Koşta əlavə edib ki, Aİ liderləri dekabr ayında bu məsələni yenidən müzakirə edəcəklər.
2027-ci il üçün Ukraynanın əlavə maliyyələşdirilməsi məsələsi Aİ sammitinin gündəliyinin əsas bəndlərindən biri idi. Aİ-nin üç ölkəsi - Macarıstan, Çexiya və Slovakiya yeni kreditləşmədə iştirakdan imtina ediblər.
Mənbə: report.az