IMG-LOGO

CEV Çempionlar Liqası: "Xilasedici" III təsnifat mərhələsinin cavab oyununda uduzub

27 Nov 2026 01:14 10 baxış
IMG

Kişi voleybolçulardan ibarət "Xilasedici" komandası CEV Çempionlar Liqasında növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, III təsnifat mərhələsinin cavab matçında səfərdə Sloveniyanın "ACH Volley Lyublyana" klubunun qonağı olan Azərbaycan təmsilçisi rəqibinə uduzub - 1:3 (23:25, 25:23, 15:25, 18:25).

Xatırladaq ki, Bakıda keçirilən ilk oyunda da "Xilasedici" 1:3 hesabı ilə məğlub olub.

Mənbə: report.az

Xəbər lenti