IMG-LOGO

ABŞ-də əlverişsiz hava şəraitinə görə 660 mindən çox abonent işıqsız qalıb

26 Nov 2026 21:40 6 baxış
IMG

Şükran Günündəki əlverişsiz hava şəraiti ilə əlaqədar ABŞ ərazisində 660 752 abonent işıqsız qalıb.

"Report" xəbər verir ki, bu barədə "PowerOutage.us" saytının məlumatlarında qeyd olunub.

Məlumata görə, ən çox zərər çəkən ərazilər arasında Virciniya (218 774), Missuri (138 873) və Merilend (111 350) ştatları var.

"Associated Press"in yazdığına görə, noyabrın 26-da ABŞ-nin şərq və qərb sahillərində güclü yağışlar, şiddətli külək və daşqınlar baş verib. Əlverişsiz hava şəraiti nəqliyyat əlaqəsini pozub, elektrik enerjisinin kəsilməsinə və sahilboyu ərazilərin su altında qalmasına səbəb olub.

Şərq sahilində küləyin sürəti 80 km/saat və daha yüksək olub. Nyu-Cersidə fövqəladə vəziyyət elan edilib. Subasmalar səbəbindən yollar bağlanıb.

Fırtına aviasiya əlaqəsini də çətinləşdirib: meteoroloqlar görmə məsafəsinin azalması, güclü turbulentlik, külək və buzlaşma barədə xəbərdarlıq ediblə. "FlightAware" trekerinin məlumatına görə, fırtına səbəbindən ABŞ-də mindən çox aviareys ləğv edilib və gecikib.

Mərkəzi ştatlarda, xüsusən də Missuri və İllinoysda güclü qar yağacağı gözlənilir. Sent-Luis ərazisində qarın hgündürlüyünün 33 sm-ə çatacağı proqnozlaşdırılır.

Mənbə: report.az

Xəbər lenti