Şamaxı-Ağsu sərhədində 4,3 maqnitudalı zəlzələ olub.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələ yerli vaxtla 20:24-də qeydə alınıb, dərinliyi 18 km-dir.
Zəlzələ hiss olunub.
Mənbə: report.az