IMG-LOGO

Afrika Futbol Konfederasiyası ilin ən yaxşı oyunçusu adına son beş namizədi açıqlayıb

25 Nov 2026 17:35 5 baxış
IMG

Afrika Futbol Konfederasiyası (CAF) 2026-cı ilin ən yaxşı oyunçusu adına son beş namizədi açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Əşrəf Hakimi (PSJ, Mərakeş), Brahim Dias ("Real", Mərakeş), İsmael Saybari ("Bavariya", Mərakeş), Pap Qeye ("Vilyarreal", Seneqal), Sadio Mane ("Əl-Nəsr", Seneqal) ilin futbolçusu adına namizəddir.

2025-ci ildə Hakimi bu mükafaya layiq görülüb.

Xatırladaq ki, qalibin adı dekabrın 2-də açıqlanacaq.

Mənbə: report.az

Xəbər lenti