IMG-LOGO

Novak: Rusiya neft emalı zavodlarını Ukrayna PUA-larından qorumaq üçün tədbirlər görür

25 Nov 2026 17:46 5 baxış
IMG

Rusiya hökuməti neft emalı zavodlarının (NEZ) mühafizəsinin gücləndirilməsi üzərində intensiv iş aparır.

"Report" xəbər verir ki, bu barədə Baş nazirin müavini Aleksandr Novak "Kommersant"a istinadən bildirib.

Onun sözlərinə görə, Rusiyanın bütün NEZ-ləri pilotsuz uçuş aparatlarından (PUA) qorunur və ayrı-ayrı zərbələrə məruz qalmalarına baxmayaraq, fəaliyyətlərini qısa müddətdə bərpa edirlər.

"Zavodların fəaliyyəti dayandırıldığı hallarda, o cümlədən həm passiv, həm də aktiv müdafiənin gücləndirilməsi istiqamətində intensiv iş aparılır",- Aleksandr Novak deyib.

O qeyd edib ki, Ukrayna PUA-sının Sızran NEZ-ə endirdiyi zərbənin nəticələrini yaxın iki gün ərzində qiymətləndirmək mümkün olacaq.

Daha əvvəl Ukrayna silahlı qüvvələrinin Sızran və Kuybışev NEZ-lərinə zərbələr endirdiyi bildirilmişdi.

Mənbə: report.az

Xəbər lenti