IMG-LOGO

Gənc qadın doğulmamış uşağını satdı

20 May 2026 17:51 3 baxış
IMG
2 0

Qazaxıstanın paytaxtı Astanada yeni doğulmuş körpəsini satan qız və vasitəçilər barəsində hökm çıxarılıb.

Lent.az-ın yerli mediaya istinadla məlumatına görə, müəyyən edilib ki, paytaxt sakini olan 19 yaşlı qız vasitəçilərin köməyi ilə yeni doğulmuş uşağını saxta surroqat analıq müqaviləsi əsasında evli cütlüyə pul qarşılığında verib.

Müqavilə hamiləliyin səkkizinci ayında bağlanıb. Məhkəmənin hökmü ilə qız və vasitəçilər Qazaxıstan Respublikasının Cinayət Məcəlləsinin 135-ci maddəsi (“Yetkinlik yaşına çatmayanların alqı-satqısı”) üzrə təqsirli biliniblər. Təqsirləndirilən şəxslərə 8 il şərti azadlıqdan məhrumetmə cəzası və probasiya nəzarəti təyin olunub.

Uşaq yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış müəssisəyə yerləşdirilib. Astana şəhər administrasiyası ananı valideynlik hüququndan məhrum edib.

Hadisələr dünyadan xəbərlər məhkəmə işləri

Mənbə: lent.az

Xəbər lenti