IMG-LOGO

Məşhur müğənninin öz yaxtasında tətil macəraları

31 Jul 2024 11:58 299 baxış
IMG

49 yaşlı müğənni Ceylan son zamanlar medianın gündəminə mahnıları ilə deyil, etdirdiyi plastik əməliyyatları ilə gəlir. 

Lent.az-ın xəbərinə görə, tez-tez imajını dəyişdiyi üçün tanınmaz olan Ceylanı istirahət etdiyi Bodrumda tanımayıblar. Bu barədə müğənni özü məlumat verib.

“Üzümü o qədər dəyişdirmişəm ki, artıq telefonum belə məni tanımır, insanları necə qınayım”,- deyə o qeyd edib. Müğənni Bodruma öz yaxtası ilə gəldiyini bildirib. Sosial şəbəkə hesabında yaxtasından görüntülər paylaşan Ceylan “bu minnoşu ötən il sərgidən aldım, milyonluqdur” yazıb.

 

Mənbə: lent.az

Xəbər lenti