IMG-LOGO

Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb

21 Nov 2026 23:44 7 baxış
IMG

Hindistanın Manipur ştatında saxta spirtli içkidən zəhərlənmə nəticəsində azı 15 nəfər ölüb, 180-dən çox şəxs xəstəxanaya yerləşdirilib.

"Report" "India Today"ə istinadən xəbər verir ki, bu barədə ştatın baş naziri Kxemçand Yumam bildirib.

Yerli medianın məlumatına görə, xəstəxanaya yerləşdirilənlərin çoxunda metanol zəhərlənməsi üçün xarakterik simptomlar müşahidə olunur.

Ştat hökuməti hadisənin baş verdiyi əraziyə tərkibində mütəxəssis həkimin də olduğu tibbi briqada göndərib. Həkimlər əraziyə zəruri dərman preparatları da çatdırıblar.

Mənbə: report.az

Xəbər lenti