ABŞ Ukraynanın Xerson vilayətinin Oleşki şəhərindəki humanitar əməliyyatın uğurundan sonra Moskva və Kiyev arasında daha genişmiqyaslı atəşkəs üzərində işləyir.
"Report" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Fox News"a müsahibəsində deyib.
Onun sözlərinə görə, ABŞ-nin birinci xanımı Melaniya Tramp Ukrayna və Rusiya arasındakı münasibətlərdə yaxşı iş görüb.
"Əla olub. Bu, atəşkəs idi. İnsanlar şəhərlərdən və yaşayış məntəqələrindən təxliyə edilib, bu da yəqin ki, onların həyatını xilas edib. İndi biz bunun daha genişmiqyaslı versiyasını edirik", - Tramp qeyd edib.
Bununla belə, o, söhbətin bütün cəbhə boyu atəşkəsdən, yoxsa lokal tədbirlərin genişləndirilməsindən getdiyini dəqiqləşdirməyib.
Mənbə: report.az