IMG-LOGO

Pakistanın təhlükəsizlik qüvvələri Bəlucistanda əməliyyatlar zamanı 15 yaraqlını məhv edib

21 Nov 2026 21:52 11 baxış
IMG

Pakistan təhlükəsizlik qüvvələri Bəlucistan əyalətinin Mastunq rayonunda keçirilən iki ayrı əməliyyat zamanı 15 yaraqlını məhv edib.

"Report" xəbər verir ki, bu barədə şənbə günü hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən dövlət mediası məlumat yayıb.

"Radio Pakistan"ın məlumatına görə, birinci əməliyyat zamanı 5, ikinci əməliyyat zamanı isə 10 yaraqlı məhv edilib. Əməliyyatlar "Fitnə əl-Hindustan" qruplaşmasına qarşı keçirilib.

Reydlər zamanı həmçinin yaraqlıların bir neçə sığınacağı məhv edilib və böyük silah-sursat anbarı aşkar olunub. Təhlükəsizlik qüvvələri Killi-Pasand-Xan, Musa-Xan, Xorasani və Kəftari rayonlarının yaraqlılardan təmizləndiyini bildiriblər.

Güc strukturlarındakı mənbələr bildiriblər ki, Bəlucistandakı əməliyyatlar sonuncu terrorçu məhv edilənə qədər davam edəcək.

Son illər Pakistanda silahlı qruplaşmaların fəallığının artması müşahidə olunur. Ötən həftə keçirilən bir neçə kəşfiyyat əməliyyatı zamanı 24 yaraqlı məhv edilib, 4 hərbi qulluqçu həlak olub.

Mənbə: report.az

Xəbər lenti