IMG-LOGO

Hakkanen: Rusiyanın helikopteri Finlandiyanın hava məkanını pozub

21 Nov 2026 19:03 14 baxış
IMG

Rusiya helikopteri Loviysa sahillərində Finlandiyanın hava məkanını pozub.

"Report" xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyinin saytındakı bəyanatında deyilir.

"Ehtimal olunur ki, Rusiya helikopteri bu gün saat 12:34-də (Bakı vaxtı ilə 14:34-də) Loviysa sahillərində 4,1 km məsafədə Finlandiyanın hava məkanını pozub", - bəyanatda bildirilir.

Finlandiyanın müdafiə naziri Antti Hakkanenin bəyanatına görə, insident müdafiə qüvvələri və sərhəd mühafizəsi tərəfindən digər qurumlarla birgə araşdırılır.

Mənbə: report.az

Xəbər lenti