IMG-LOGO

Azərbaycanlı Rusiya vətəndaşlığından məhrum edildi

29 Jul 2024 15:45 157 baxış
IMG

Krasnoyarsk diyarında ağır cinayətlər törətmiş iki əcnəbi Rusiya vətəndaşlığından məhrum edilib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi maddəsi ilə 8,6 il məhkum olunan Tacikistan vətəndaşı vətəndaşlığını itirib. O, 2008-ci ildə vətəndaşlıq alıb. 

İkincisi azyaşlıya qarşı cinsi zorakılığa görə 17 il müddətinə azadlıqdan məhrum edilmiş azərbaycanlıdır. O, 2008-ci ildə də vətəndaşlıq alıb.

Vətəndaşlıqdan məhrum edilən əcnəbilər cəzasını çəkdikdən sonra Rusiyanı tərk etməli olacaqlar.

Mənbə: lent.az

Xəbər lenti