IMG-LOGO

156 milyon illik “kiçik əjdaha” tapıldı

20 Nov 2026 07:37 16 baxış
IMG
2 0  

Alimlər ABŞ-nin Vayominq ştatında aşkar edilmiş qədim fosilin əvvəllər elmə məlum olmayan sürünən növünə aid olduğunu müəyyənləşdiriblər.

Lent.az xəbər verir ki, bu barədə “Phys.org” İsveçrənin Paul Şerrer İnstitutunun tədqiqatına istinadən məlumat yayıb.

Təxminən 156 milyon il əvvələ aid qalıqların hansı heyvana məxsus olması uzun müddət sual doğurub. Tədqiqatçılar əvvəlcə onun kiçik dinozavr, ilan və ya başqa qədim sürünən ola biləcəyini ehtimal ediblər.

Fosilin içərisindəki sümükləri öyrənmək üçün xüsusi neytron görüntüləmə texnologiyasından istifadə olunub. Bu üsul daşın içində gizlənmiş strukturları fosilə zərər vermədən araşdırmağa imkan verib.

Nəticədə alimlər qalıqların buynuzabənzər çıxıntılara malik, əvvəllər tanınmayan qədim sürünən növünə aid olduğunu müəyyənləşdiriblər. Tapıntı Yura dövrünün heyvan müxtəlifliyinə dair yeni məlumatlar təqdim edir.

 

 

fosil qədim sürünən Vayominq Yura dövrü paleontologiya kəşf

Mənbə: lent.az

Xəbər lenti