IMG-LOGO

Porşe 2030-cu il üçün elektrikli avtomobil hədəfini ləğv etdi

26.07.2024 03:14 56 baxış
IMG

2030-cu ildə satışlarının 80 %-nin elektrikli avtomobillər olacağını deyən Porşe, bu hədəfindən vaz keçdiyini açıqlayıb.

Lent.az xəbər verir ki, son zamanlar elektromobillərə tələbat azalmağa başlayıb və bir çox marka gələcək planlarını ləğv etməyə başlayıb.

Alman avtomobil nəhəngi olan Porşe, 2030-cu ilə qədər 80 faiz elektrikli avtomobil satmaq hədəfini dayandırdığını açıqlayıb.

Bunun ən mühüm səbəbi isə elektromobil satışlarının getdikcə azalmasıdır.

Ford və Mercedes-Benz kimi markalar da elektrikli avtomobillərlə bağlı satış hədəflərindən əl çəkdiklərini açıqlayıblar.

Porşe son zamanlar elektrikli avtomobil satışlarından məmnun deyil. Şirkətin elektrikli avtomobil satışları ilin ilk yarısında 51 % azalıb.

Xəbər lenti