Meta şirkətinin baş direktoru Mark Zukerberq, "WhatsApp"-a yeni süni intellekt xüsusiyyətləri gətirdiklərini açıqlayıb.
Lent.az xəbər verir ki, dünyanın ən məşhur mesajlaşma proqramı olan “WhatsApp”, istifadəçilər üçün çox faydalı olacaq yeni süni intellekt xüsusiyyətləri üzərində işləyir.
22 ölkədə istifadəyə verilən “Meta AI” ilə artıq süni intellektlə şəkillər yaratmaq və fotoları redaktə etmək mümkün olacaq.
Yeni foto redaktə xüsusiyyəti sayəsində istifadəçilər “Meta AI” ilə şəkilləri redaktə edə və istədikləri kimi dəyişə bilərlər.
“Meta AI”, istifadəçi tərəfindən paylaşılan sorğu vasitəsilə fotoşəkilləri manipulyasiya edə biləcək, istər elementləri əlavə edə, istərsə də silə, rəngləri tənzimləyə və ya ümumi kompozisiyanı dəyişdirə biləcək.
Bu funksiya hazırda ingilis dilindədir, lakin "WhatsApp" rəsmi bloqunda onun tezliklə digər dillərdə də istifadəyə veriləcəyini bildirir.
“WhatsApp”a əlavə edilən daha bir funksiya süni intellektlə fotolar yaratmağa imkan verir. Sadəcə olaraq “Məni Təsəvvür Et” yazaraq və istədiyiniz ssenarini təyin etməklə istifadəçilər istədikləri şəkli əldə edə biləcəklər.
Bu funksiya hazırda ABŞ-da beta versiyada mövcuddur və tezliklə digər bölgələrə və dillərə də genişləndirilməsi planlaşdırılır.