Fləşkartlardan istifadə etmək çox rahatdır. Bu, onların inanılmaz populyarlığının səbəblərindən biridir.
Bəs, fləşkart suya düşdükdə nə etməliyik?
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, suya düşmüş fləşkartı və onun daxilindıki faylları xilas etmək mümkündür.
Bunu etmək üçün bir neçə sadə addımı yerinə yetirməlisiniz.
İstifadəçinin etməli olduğu ilk şey saxlama cihazını təmiz, quru dəsmal ilə silməkdir. Növbəti addım fləşkartı quru bir yerdə bir 2-3 gün saxlamaqdır.
Bütün bu müddət ərzində onu kompüterinizin və ya televizorunuza qoşmağa cəhd etməyin. Ancaq bir neçə gün gözləsəniz, saxlama cihazı çox güman ki, fəaliyyətini bərpa edəcək.