IMG-LOGO

Bakıda tanışını bıçaqlayan kişi saxlanıldı

22 Jul 2024 16:44 283 baxış
IMG

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Nəsimi küçəsində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, paytaxt sakini 1978-ci il təvəllüdlü Abdullayev Fədail Vaqif oğlu xuliqanlıq zəminində tanışı 1997-ci il təvəllüdlü Hacıyev Cəfər Elman oğlunun döş nahiyəsini və qarın boşluğuna kəsici alətlə zərbə endirib. Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən Fədail Abdullayev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb. 

Mənbə: lent.az

Xəbər lenti