Dünya şöhrətli müğənni Britni Spirs növbəti dəfə ailəsinə yeni üzvün qatılacağı ilə bağlı iddiaları gücləndirib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, 44 yaşlı sənətçi "Instagram" hesabında paylaşdığı müəmmalı postla izləyicilərini düşündürüb.
Körpə geyiminin fotosunu paylaşan müğənni şərh hissəsində "Əgər qismət olsa, sizi tanış etmək istədiyim inanılmaz dərəcədə gözəl biri var... Ümid edirəm, bunu artıq bu il edəcəyəm" sözlərini yazıb.
Posta həmçinin müğənninin oğullarından biri ilə çəkilmiş köhnə fotosu, balaca körpənin təsvir olunduğu illüstrasiya şəkili də əlavə edilib. Bu paylaşımdan sonra pərəstişkarları Britni Spirsin yenidən ana olmaq istəyi ilə bağlı mesaj verdiyini düşünüblər.
Xatırladaq ki, müğənni iyun ayında Atalar Günü münasibətilə etdiyi paylaşımda da gələcəkdə daha bir uşaq sahibi olmağı arzuladığını bildirmişdi.
Qeyd edək ki, Britni Spirs 2022-ci ildə keçmiş həyat yoldaşı Sem Asqari ilə evli olduğu dövrdə hamilə olduğunu açıqlamışdı. Lakin cütlük bir neçə həftə sonra hamiləliyin erkən mərhələsində körpəni itirdiklərini bildirmişdi.
Britni və Sem Asqari 2023-cü ildə boşanıblar. Onun Kevin Federlaynla olan birinci nikahından isə 20 yaşında Şon Preston Federlayn, 19 yaşında Ceyden Ceyms Federlayn adlı oğulları var.
maqazin xəbərləri aktrisa körpə geyimi


Mənbə: lent.az