IMG-LOGO

FHN-in karate komandasının üzvü Avropa Universitet Oyunlarında gümüş medal qazanıb

22.07.2024 15:43 99 baxış
IMG
 

12-24 iyul 2024-cü il tarixlərində Macarıstanın Debretsen və Mişkolts şəhərlərində Avropa Universitet Oyunları keçirilib.

37 Avropa ölkəsinin 422 universitetindən 4500-dən çox tələbənin iştirak etdiyi turnirdə iştirakçılar 17 idman növü üzrə qüvvələrini sınayıblar. Karate növü üzrə 12 nəfərdən ibarət Azərbaycan yığma komandası da yarışlara qatılaraq yüksək nəticə əldə edib. MIlli yığmamızın tərkibində ölkəmizin idman şərəfini qoruyan FHN karate komandasının üzvü Nicat Kərimli kumite yarışlarında 3 döyüş keçirərək Avropa Universitet Oyunlarının gümüş medalın sahibi olub.

Qeyd edək ki, Nicat Kərimlinin şəxsi məşqçisi 6-cı dan qara kəmər sahibi Akif Kərimov, komanda üzrə məşqçisi isə karate üzrə ikiqat dünya çempionu 8-ci dan qara kəmər sahibi, FHN İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.

FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev Avropa Universitet Oyunlarında uğur qazanmış karateçi ilə görüşərək onu təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.

 

Xəbər lenti