IMG-LOGO

Xaçmazda AĞIR QƏZA: “Mercedes” mopedi vurdu, ölən var

22.07.2024 11:45 102 baxış
IMG

Xaçmazda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Pərdiqıran kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1968-ci il təvəllüdlü Ələsgərov Akif Məmmədşərif oğlu özünə məxsus “Mercedes Benz E 200 minik” markalı avtomobillə Xudat şəhəri istiqamətində hərəkət edən zaman “Ymaha” markalı mopedi vurub. Nəticədə mopedin sürücüsü 1991-ci il təvəllüdlü Əliyev Rəhman Ramazan oğlu hadisə yerində ölüb. 

Faktla bağlı cinayət işi başlanılıb.

Xəbər lenti