Ötən gün ABŞ-da Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp partiya qurultayının son günündə tribunaya çıxıb.
Lent.az xəbər verir ki, ona qarşı edilən sui-qəsd cəhdindən sonra ilk dəfə danışan Tramp, seçildiyi ilk gündə elektrikli avtomobil planına son qoyacağını bildirib.
"Yaşıl enerji cəfəngiyyatına son verəcəyik, israfa son qoyulacaq", - deyən Tramp sözlərinə belə davam edib: “Mən Amerikanın yarısının deyil, bütün Amerikanın prezidenti olmaq üçün namizədliyi qəbul edirəm. Xərclənməmiş trilyonlarla dolları yollar və körpülər kimi real şeylərə xərcləyəcəyik. Elektrikli avtomobil planına ilk gün son qoyacağam. Beləliklə, ABŞ avtomobil sənayesini çökməkdən xilas edəcəm. Meksikada böyük fabriklər tikilir. Vergisiz avtomobillər ölkəmizə satmaq üçün istehsal olunur. Belə bir şeyə icazə verənlər işdən azad edilməlidir. Onlar Trampa səs verməlidirlər. Bu zavodlar Meksikada deyil, ABŞ-da tikiləcək və orada amerikalılar işləyəcəklər. Buna icazə verməsələr 100 və ya 200 % gömrük vergisi tətbiq edəcəyik və bunların heç biri ABŞ-da satılmayacaq. Yalnız ABŞ-da istehsal olunmalıdır. Avtomobil sənayesini yenidən ələ keçirəcəyik. 20-25 il geriyə baxsanız, avtomobil sənayemizin 68 %-nin Meksikaya və Çinə qaçdığını görəcəksiniz. Onların hamısını geri alacağıq."