IMG-LOGO

Dolu düşəcək, sel keçəcək - XƏBƏRDARLIQ

21 Jul 2024 14:07 225 baxış
IMG

İyulun 22-23-də əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, ayrı-ayrı yerlərdə (Balakən-Şəki, Quba-Qusar, Daşkəsən-Gədəbəy, Şərqi Zəngəzur) qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Mənbə: lent.az

Xəbər lenti