IMG-LOGO

Azərbaycanda arvadı evdən gedən kişi özünü öldürdü

20.07.2024 19:50 100 baxış
IMG

Kürdəmirdə intihar hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə Xırdapay kəndində baş verib. 41 yaşlı Ş. Şahbazov yaşadığı evdə özünü asaraq, həyatına son qoyub.

Məlumata görə, mərhumun həyat yoldaşı bir müddət əvvəl onu tərk edərək, ata evinə gedib. Onun bu səbəblə özünü öldürməsi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır. İntiharın dəqiq səbəbi araşdırma nəticəsində bilinəcək.

Xəbər lenti