IMG-LOGO

Saatlıda 64 yaşlı sürücü həmyaşıdını vurub öldürdü

20.07.2024 12:24 103 baxış
IMG

Saatlıda avtomobil piyadanı vurub.

Lent.az xəbər verir ki, hadisə səhər saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. 60 yaşlı Feyzullayev Savalan Güləhməd oğlu idarə etdiyi "VAZ-21074" markalı avtomobillə həmyaşıdı olan piyada Əzizov Səxavət Abasət oğlunu vurub.

Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti